“Gəlin, Ermənistana yardım göstərək...” - Səməd Seyidov

28-09-2021, 00:25           
“Gəlin, Ermənistana yardım göstərək...” -
AŞPA Ermənistanı sülhə çağırmalıdır.

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyasının iclası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"Azərbaycan torpaqları 30 il idi işğal olunmuşdu. Artıq Azərbaycan torpaqlarını işğaldan azad etməyə nail olub. Lakin təəssüflər olsun ki, Ermənistanda bu gün iki xalq arasında sülhün bərpa olunmasına mane olmağa, yeni müharibəyə can atanlar var. Azərbaycan müharibədən qorxmur. Lakin Azərbaycan sülhə çalışır, vəziyyəti sülh yolu ilə yoluna qoymağa çalışır. Gəlin, Ermənistana daxildəki çətin vəziyyəti həll etməyə yardım göstərək və onu sülhə səsləyək", - S.Seyidov qeyd edib./Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru