TEHRANDAN BİR TƏHDİD DAHA

29-09-2021, 00:15           
TEHRANDAN BİR TƏHDİD DAHA
İranlı ekspert Puya Hüseyni: "İranla Azərbaycan arasında sərt polemika gedir. Bu həm müxtəlif vəzifə sahibləri, həm də KİV-in dilindən səsləndirilir. Əgər vəziyyət sabitləşməsə, kiçik bir qığılcım eskalasiyaya səbəb ola bilər".
Onun sözlərinə görə, Tehran Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərindən, xüsusən də Xəzərdəki təlimlərdən narahat olub. "Aydın məsələdir ki, İran buna bir şəkildə reaksiya verməliydi. Sərhəddə keçirilən təlimlər də bunu ehtiva edirdi".
İranlı ekspert qeyd edir ki, buna paralel olaraq, Azərbaycan polisi İrana məxsus yük maşınlarını və sürücüləri saxlayır. "Tehran buna artıq etirazını bildirib. Və onların dərhal azad olunmasını istəyib. Bunların sonunda sərhəddə təlimlər keçirərək, əzələ nümayiş etdirməsi ədalətlidir".
Hüseyni bildirir ki, İran situasiyanı tam nəzarətində saxlayır və Azərbaycan növbəti addımı atarsa, adekvat addım atacaq. "44 günlük müharibədən sonra regionda Türkiyə və İsrailin mövqeləri güclənib və onların rolu artıb. Bu isə regional təhlükəsizlik üçün təhdiddir. İran müharibə dövründə prosesləri diqqətlə izləyirdi. Bu gün Türkiyə və İsrailin bölgəyə gəlişi İran üçün yeni təhlükələr yaradır. Hələlik Tehran vəziyyəti sabitləşdirmək üçün diplomatik cəhdlər edir və "digər mesajlar" verir".
Ekspert vurğulayır ki, İran bundan başqa, digər tədbirlər haqqında da düşünür. "Tehran qeyri-diplomatik yollara da baş vura bilər. Bunu sərhəddəki təlimlər də təsdiqləyir".
Nəhayət, Puya Hüseyni qeyd edir ki, İran heç vaxt Ermənistanın Sünik vilayətində sərhədlərin dəyişilməsi ilə razılaşmayacaq. "Xəritədəki istənilən dəyişiklik İranın maraqlarına cavab vermir".
P.S. Puya Hüseyni şübhəsiz öz sözünü deyil, rəsmi Tehranın sözlərini ifadə edir. Bu fikirlər isə təhdid deməkdir. Lakin bu sözü deyən də, dedirdən də anlamır ki, İran istəsə belə Azərbaycana müharibə elan edə bilməz. Bunun onlarla səbəbi var. Uzun uzadı yazmağa gərək yoxdur. Onlardan sadəcə, birini qeyd edim: İranın Azərbaycana hücumu onun Qafqazı birdəfəlik itirməsi deməkdir. Hələ daxildə nələrin baş verə biləcəyi ayrı mövzudur.
Fikrət Fəraməzoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.