Psaki: "ABŞ neft qiymətlərini ucuzlaşdırmaq üçün bütün imkanları nəzərdən keçirir"

29-09-2021, 08:18           
Psaki: "ABŞ neft qiymətlərini ucuzlaşdırmaq üçün bütün imkanları nəzərdən keçirir"
ABŞ neft bazarını sabitləşdirmək üçün OPEC ilə əlaqə saxlayır və qiymətləri aşağı salmaq məqsədilə bütün mümkün variantları araşdırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"OPEC də daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlarla rəqib bazarlar barədə müzakirələr aparmaqda davam edirik. Sizi əmin etmək istərdim ki, biz yalnız OPEC ilə qarşılıqlı əlaqədə deyilik. Neft və benzinin qiymətini azaltmaq üçün əlimizdə olan bütün vasitələri nəzərdən keçiririk", - Psaki qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru