Ruslar Qarabağda SÜLH MƏRAMINDAN UZAQDIRLAR... - BELƏ TƏLİM OLAR?

29-09-2021, 16:00           
Ruslar Qarabağda SÜLH MƏRAMINDAN UZAQDIRLAR... -
Qarabağdakı Rusiya sülməramlıları təxribatın qarşısının alınmasına yönəlik təlim keçib.

Siqnal aldıqdan sonra sülhməramlılar yerlərini tərk edərək əvvəlcədən təchiz olunmuş müdafiə mövqelərini tutublar.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçilərinin təlimi "Şimal" məsuliyyət zonasındakı müşahidə məntəqələrində olub. Təlim zamanı şəxsi heyət təxribat xarakterli hərəkətlərin qarşısının alınması və müşahidə məntəqəsinə edilən hücumun dəf edilməsi vəzifələrini icra edib.

Təlim zamanı siqnal aldıqdan sonra sülhməramlılar tez bir zamanda mövqelərini tərk edib, əvvəlcədən təchiz olunmuş müdafiə mövqelərini tutublar. Postun müdafiəsini gücləndirmək üçün zirehli personal daşıyıcıları cəlb edilib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda atəşkəslə bağlı birgə Bəyanat qəbul ediblər.

Bəyanata əsasən, atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti cəlb edilməli idi. Ancaq bəzi məlumatlara görə, Qarabağa gətirilən kontingentin sayı daha çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru