Azərbaycanın səfirliyinin qonaqpərvərliyi İranda çaşqınlıq yaratdı

30-09-2021, 00:06           
Azərbaycanın səfirliyinin qonaqpərvərliyi İranda çaşqınlıq yaratdı
Azərbaycanın İrandakı səfirliyində bu gün keçirilən bir görüş qonşu ölkədə əməlli başlı çaxnaşma yaradıb.

Ovqat.com-un məlumatına görə, səfirliyimizə Böyük Britaniyanın İrandakı səfiri təşrif buyurub.

Azərbaycan səfirliyi də xalqımızın adət-ənənələrinə uyğun olaraq fəxri qonağını böyük ehtiramla qarşılayıb. Görüşün şəkilləri Azərbaycan səfirliyinin Twitter səhifəsində yayılan kimi, İranın media qurumlarının hücumları başlayıb. SEPAH-ın rəsmi Telegram səhifəsi belə, hadisədən bəhs edən xəbər paylaşıb.



Maraqlıdır ki, görüşü əks etdirən şəkillərdə Böyük Britaniyanın bayrağı görünmür. Bu da səfirliyimizin görüşə əvvəlcədən hazırlaşmadığına, bir növ sürpriz ziyarətlə qarşılaşdığına dəlalət edir. Başqa sözlə, belə anlaşılır ki, görüş Böyük Britaniya səfirliyinin ani təşəbbüsü ilə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru