"Avropa İttifaqı Monteneqronun quruma üzv olmasını istəyir" - Ursula fon der Leyen

30-09-2021, 00:11           
"Avropa İttifaqı Monteneqronun quruma üzv olmasını istəyir" - Ursula fon der Leyen
Avropa İttifaqı Monteneqronun quruma üzv olmasını istəyir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu ölkəyə səfəri zamanı bildirib.

"Mənim səfərim birbaşa Avropa perspektivinə aiddir, sizi dəstəkləmək üçün gəlmişəm. Bu yolda qalmağınız vacibdir. İşarəmiz aydındır: Avropa İttifaqına üzv olmağınızı istəyirik", - Avropa Komissiyasının rəhbəri bildirib.

Qeyd edək ki, 2018-ci ilin payızında Avropa Komissiyasının o vaxtkı prezidenti Jan-Klod Yunker Serbiya və Monteneqronun 2025-ci ilə qədər Avropa İttifaqına daxil ola biləcəyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru