Rusiyadan SON DƏQİQƏ QARABAĞ AÇIQLAMASI: TEZLİKLƏ...

30-09-2021, 19:36           
Rusiyadan SON DƏQİQƏ QARABAĞ AÇIQLAMASI: TEZLİKLƏ...
“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatları gələcəkdə bu cür faciəvi hadisələrin təkrarlanmamasına etibarlı zəmanət verir”.

Teref.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli bəyanatlardan irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayır.

Rusiya XİN rəsmisi qeyd edib ki, mina xəritələrinin qarşılığında saxlanılanların azad olunması istiqamətində iş davam etdirilir: “Əminik ki, tezliklə bu ziddiyyətlərin birdəfəlik aradan götürülməsi Bakı və İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasına kömək edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru