Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb

1-10-2021, 21:37           
Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb.

Teref.az xəbər verir ki, sabiq prezident müraciətində Tbilisidə olduğunu və həbs edilə biləcəyini, lakin mübarizəsini davam etdirəcəyini qeyd edib.

“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, M.Saakaşvili deyib.(Apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru