Gürcüstanda İvanişvili hamıdan öncə səs verdi

2-10-2021, 12:33           
Gürcüstanda İvanişvili hamıdan öncə səs verdi
Gürcüstanda regional seçkiyə start verilib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın məlumatına görə, seçkinin maneəsiz və təhlükəsiz mühitdə keçirilib.

Bildirilib ki, Seçkidə ilk səs verənlərdən biri Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvili olub.

Qeyd edək ki, Gürcüstanda regional seçkilər kritik əhəmiyyət daşıyır. Müxalifətlə və iqtidar arasında AB vasitəsilə əldə olunan razılaşmada hakim partiyanın 43% səs toplamayacağı halda növbədənkənar parlament seçkisinə gedəcəyi bildirilirdi. Hakim partiya seçkiyə üç ay qalmış razılaşmadan çıxsa da müxalifət onu hələ də aktual sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru