SENSASİON İDDİA: Türkiyə ilə bu ölkə arasında yeni münaqişə başlaya bilər

2-10-2021, 20:45           
SENSASİON İDDİA:
Yunanıstanın keçmiş müdafiə naziri Panos Kammenos ölkəsinin Türkiyə ilə müharibə ehtimalından danışıb və bildirib ki, münaqişə qaçılmazdır.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, ilyarımdan sonra sükutu pozan sabiq nazir jurnalistlərə qalmaqallı açıqlamalar verib. O, Mitsotakis hökumətini Türkiyə ilə kəşfiyyat danışıqlarına görə də tənqid edib.

Kammenos Egey dənizində Türkiyə ilə yeni qarşıdurmanın qaçılmaz olduğunu iddia edib və mümkün hücum təhlükəsi yaranarsa, Yunanıstanın elə ilk anlardan tək qalacağını deyib:

"Hərbi təlim zamanı Yunanıstan Sualtı Komandası türk balıqçılar tərəfindən təxribata təhrik edilib. Türkiyənin məqsədi Yunanıstanı Avropa Məhkəməsinə sürükləməkdir. Bu səbəbdən də yeni qarşıdurmaya başlayacaqlar".

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis hökumətini tənqid edən Kammenos qeyd edib ki, münasibətləri dayandırmaq, əlaqə kanallarını bağlı saxlamaq çıxış yolu deyil:

"Həmçinin, suverenliyiniz pozulanda kəşfiyyat danışıqları apara bilməzsiniz, bu doğru deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru