Saakaşvilidən seçkilərlə bağlı AÇIQLAMA

4-10-2021, 00:10           
Saakaşvilidən seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstanda saxlanılan keçmiş prezident Mixail Sakaşvili ölkədə keçirilən yerli seçkinin nəticəsindən məmnun olduğunu dilə gətirib.

Axar.az xəbər verir ki, bu barədə bu barədə Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının üzvü Yekaterina Xerxeulidze deyib.

"Ona xəbər verdiyim nəticələrdən çox məmnun qaldı. Tiflisdəki nəticələr onu xüsusilə təsirləndirdi. Şantaj və rüşvət fonunda gürcü xalqının hansı mübarizədən keçdiyini, hansı təzyiq altında seçim etməli olduğunu başa düşür", - deyə M. Sakaşvilinin partiyasından olan nümayəndə bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanda yerli özünüidarə orqanlarına seçki keçirilib. MSK -nın məlumatına əsasən, proporsional siyahılara görə "Gürcü Arzusu" seçicilərin 46,65% -i, müxalifət "Vahid Milli Hərəkat" partiyasının - 30,7% -nin dəstəyini alıb. Oktyabrın 30-da Tiflisdə keçirilən bələdiyyə seçkidə səsvermə nəticəsində "Gürcü Arzusu" Kaxa Kaladzenin və Sakaşvili partiyasından Niki Melianın namizədlərinin iştirakı ilə ikinci tur keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.