KXDR Cənubi Koreya ilə bütün kommunikasiya xətlərini bərpa edəcək

4-10-2021, 08:12           
KXDR Cənubi Koreya ilə bütün kommunikasiya xətlərini bərpa edəcək
Rəsmi Pxenyan bildirib ki, Cənubi Koreya ilə bütün kommunikasiya xətləri bərpa ediləcək.

“Report”un məlumatına görə bu barədə, “Renxap” agentliyi xəbər verir.

Məlumata görə, əlaqələr bu gün - oktyabrın 4-də səhər yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 4:00-da) bərpa ediləcək.

Bu ilin yayında məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında birbaşa əlaqələr bərpa edilib. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In sentyabrın sonunda Cənubi Koreya ilə əlaqələri bərpa etməyə hazır olduğunu bildirib. KXDR rəhbəri həmçinin əlavə edib ki, əlaqələr oktyabrın əvvəllərində bərpa oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru