"”Müharibə nəticəsində Azərbaycan xəritədən silinəcək, Türkiyə parçalanacaq...” - deyirdi Ohanyan...

4-10-2021, 11:53           
"”Müharibə nəticəsində Azərbaycan xəritədən silinəcək, Türkiyə parçalanacaq...” - deyirdi Ohanyan...
"Keçən il bu vaxtlar - Vətən Müharibəsinin ilk günlərində görünür, 1990-cı illərdən dişlərində şirə qalmış, ya da haradansa böyük dəstək vədi almış erməni "sparapetləri" göylə gedirdilər”.

Sfera.az bildirir ki, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev deyib. O, savaşın ikinci günü keçmiş müdafiə naziri Seyran Ohanyanın dediklərini xatırladıb:

"”Müharibə nəticəsində Azərbaycan xəritədən silinəcək, Türkiyə parçalanacaq”, deyirdi Ohanyan. Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan isə bəyan edirdi ki, əlimizə yaxşı fürsət düşüb: "Qafqazı bu "mağara köçərilərindən" birdəfəlik təmizləyəcəyik”. İndi biz ermənilərə Şuşadan baxırıq, yaxud onlar altdan yuxarı bizə Şuşada baxırlar. Addım-addım digər torpaqlarımızı da geri qaytaracağıq. Buna şübhə olmasın!”.

V.Quliyev qeyd edib ki, qondarma "Dağlıq Qarabağ Respublikası" Balzakın "Şaqren dərisi" kimi get-gedə kiçilir:

"1988-ci ildə miatsum eşqinə düşmüş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin dərilərindən yağ daman 160 min nəfərlik harın, qudurğan erməni əhalisindən indi yalnız 20-25 min nəfərlik ac-yalavac, sabaha heç bir ümidləri olmayan, çamadan üstündə oturmuş başsız kütlə qalıb. Utanmaz-utanmaz bunu da "ikinci erməni dövləti" adlandırırlar. Ermənilərin müsibətləri və məğlubiyyəti əslində keçən ilin noyabrında yox, 1988-ci ilin fevralında başlamışdı. Amma qanmadılar və hələ də qanmazlıqda davam edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru