ABŞ mühafizəkarları Avropanın bitməkdə olduğunu bəyan etdilər

5-10-2021, 00:22           
ABŞ mühafizəkarları Avropanın bitməkdə olduğunu bəyan etdilər
Avropa artıq keçmişə qovuşur və öz qürubuna doğru irəliləyir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə amerikalı mühafizəkarlara yaxınlığı ilə bilinən “The American Conservative” saytının analitiki Patrik Bükenen bəyan edib.

Onun sözlərinə görə, bundan sonra işıqlı gələcək Asiyaya məxsusdur. Çünki dünyanın ən sıx əhalisi və güclü iqtisadi ölkələri burada yerləşir.

“Lakin Avropa artıq Böyük Britaniyanın AB-dən çıxması ilə əlaqədar problemlər yaşayır. Bundan başqa, Qoca qitədə daxili siyasi ziddiyətlər güclənir. Şotlandların Britaniya karallığından, Kataloniyanın İspaniyadan, hətta Sardiniyanın İtaliyadan ayrılmaq istədiyi xəbərləri gəlir. Polşa və Macarıstan rəsmi Brüssellə (yəni Avropa Komissiyası-red.) islahatlarla bağlı tez-tez münaqişəyə girir. Avropanın cənubunda isə miqrantlarla problemlər baş alıb gedir”,-deyə P.Bükenen belə bir qaranlıq mənzərə təsvir edib.

Qeyd etmək lazımdır ki, bundan öncə Çexiya baş naziri Andrey Babiş Avropanın tənəzzülünün qarşıısının alınmasının tək yolunun qitədə doğum sayının artmasında olduğunu söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru