“Taliban”ın 34 üzvü hökumət vəzifələrinə təyin edilib

5-10-2021, 07:54           
“Taliban”ın 34 üzvü hökumət vəzifələrinə təyin edilib
Radikal “Taliban” hərəkatı tərəfindən qurulan Əfqanıstanın müvəqqəti hökuməti 34 üzvünü hökumət vəzifələrinə təyin edib.

“Report” xəbər verir ki, müvafiq məlumat tviterdə radikalların nümayəndəsi, informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahidin səhifəsində dərc edilib.

Sənədə görə, təsdiqlənən vəzifələrin hər birinə yalnız dini titulu olan “Taliban” nümayəndələri təyin olunub: dörd qari (Quran oxuyanlar - Red), 16 molla (mədrəsə məzunları - Red) və 14 üləma (xüsusi dini təhsil almış mollalar - Red) .

Molla Əbdül Məcid Axund şəhid və əlillər naziri seçilib. Bununla da sentyabr ayında qurulan müvəqqəti hökumətin 23-cü üzvü olub. Mavlavi Əbdül Kəbir baş nazirin siyasi məsələlər üzrə müavini təyin edilib.

Mövləvi Mati ül-Haqq Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəhbəri olub və onun müavini vəzifəsinə isə bu yaxınlarda ölkədə ictimai edamların yenidən başladığını elan Molla Nuruddin Turabi təyin edilib.

Digər radikallar əsasən regional idarə rəhbərləri və ya onların müavinləri vəzifələrinə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru