Avroparlament Rusiyanın fəaliyyətini qınadı

12-10-2021, 12:16           
Avroparlament Rusiyanın fəaliyyətini qınadı
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Rusiyanın Şərq Tərəfdaşlığı ölkələrinin ərazisindəki fəaliyyətini qınayıb.

Axar.az xəbər verir ki, bu məlumat komitənin qətnamə layihəsində yer alıb.

“Avropa Parlamenti Rusiyanın silahlı konfliktlərdə, regionda və ya onların sərhədlərində hərbi potensialını artırmasını və işğalını qınayır”, – deyə layihədə yer alıb.

Layihədə Rusiyanın məhz hansı hadisələrə müdaxiləsindən bəhs edilməyib. Komitə Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələrinə, xüsusilə, avrointeqrasiya yolu seçən dövlətlərə dəstəyini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru