Putin: "Əfqanıstandakı hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edəcəyini yaxşı bilirik"

14-10-2021, 07:48           
Putin: "Əfqanıstandakı hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edəcəyini yaxşı bilirik"
"Əfqanıstanda baş verən son hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini yaxşı bilirik".

Cebhe.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

"MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir. Bu ölkədə baş verən hadisələrin Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə qədər ciddi təsir göstərə biləcəyini çox yaxşı anlayırıq", - Putin vurğulayıb.

Xatırladaq ki, bu gün MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı konfransı keçirilib. Onlayn tədbirə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyəti qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru