Erməni jurnalist: “Silahlı Qüvvələrlə əlaqəsi olmayan, xarici pullarla qidalanan mülki şəxs hərbi kəşfiyyatı necə əldə edib?”

14-10-2021, 12:11           
Erməni jurnalist:
“Ermənistanın cənub qonşuluğunda hərbi gərginlik pik həddə çatarkən Vətəndaş Müqaviləsi Partiyası nəhayət mikrofonları vasitəsilə erməni ordusunun onurğasını sındırmağa çalışır”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Hoxikyan yazıb.

Hoxikyan qeyd edib ki, şübhəli xarici pullarla qidalanan hansısa təşkilatın rəhbəri, şübhəli tərcümeyi-hala malik olan hansısa Daniel İoannisyan Ermənistanın ordusunun zabit heyətini ardıcıl şəkildə nüfuzdan salaraq açıqlamalar verir.

“Silahlı Qüvvələrlə əlaqəsi olmayan, xarici pullarla qidalanan mülki şəxs hərbi kəşfiyyatı necə əldə edib?”, - deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.