Britaniya polisi deputatın ölümünü terror kimi qiymətləndirib

16-10-2021, 08:34           
Britaniya polisi deputatın ölümünü terror kimi qiymətləndirib
Böyük Britaniya polisi Mühafizəkarlar Partiyasından olan deputat David Amessin bıçaqlanaraq qətlə yetirilməsini terror kimi qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Britaniya polisinin terrorla mübarizə əməliyyatı üzrə milli koordinatoru Din Heydon hadisəni rəsmi olaraq terror aktı adlandırıb.

Qeyd edək ki, David Amessi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Somalidən gələn 25 yaşlı şəxs olduğu deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.