Arestoviç: Bu, Rusiyanın sonu olacaq!

25-10-2021, 09:05           
Arestoviç: Bu, Rusiyanın sonu olacaq!
Ukraynaya hər hansı genişmiqyaslı hücum Rusiya ordusunun sonu olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rusiya hərbçiləri peşəkardırlar, çox yaxşı başa düşürlər və Rusiya rəhbərliyinə bildirirlər ki, Ukraynaya istənilən genişmiqyaslı hücum rus ordusunun və Rusiya Federasiyasının sonu olacaq. Onlar sadəcə təhdid edir", - deyə o bildirib.

Onun sözlərinə görə, təhdidlərin hədəfi Kiyevi qorxutmaq və “rus şıltaqlığına" boyun əyməyə məcbur etməkdir:

"Yalnız iki ildən sonra onlar bunun qeyri-real olduğunu anladılar. Nə cəbhədəki, nə də beynəlxalq təhdidlər heç nəyə gətirib çıxarmayacaq. Ən yaxşısı Normand və Minsk formatlarına uyğun danışıqlar aparmaqdır"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru