Ermənistan hökuməti Ərdoğanla mümkün görüşü nə təsdiq, nə də istisna edib

25-10-2021, 12:55           
Ermənistan hökuməti Ərdoğanla mümkün görüşü nə təsdiq, nə də istisna edib
Məlumdur ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş təşkil etmək üçün üzərinə öhdəlik götürüb. Ordu.az xəbər verir ki, Ermənistanın “lurer.com” nəşri bununla bağlı Ermənistan hökumətinə sorğu göndərib.

Lakin Ermənistan hökuməti nəşrin sorğusuna çox “konstruktiv” cavab verib.

“Mətbuatın görüşlə bağlı məlumatına əlavə edəsi heç nəyimiz yoxdur”, - deyə Ermənistan hökumətindən bildiriblər.

Əslində Ermənistan hökuməti mümkün görüşü nə təsdiq, nə də istisna edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru