Erməni analitik: “Əgər 3+3 formatı gerçəkləşsə, aydındır ki, yaxın gələcəkdə ərazi itkilərimiz olacaq”

26-10-2021, 17:35           
Erməni analitik:
“Mariya Zaxarovanın bəyanatı erməni cəmiyyəti üçün çox önəmlidir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin prezidenti Stepan Qriqoryan bildirib.

Qriqoryanın sözlərinə görə, 3+3 formatı erməni xalqının maraqlarına ziddir.

“Bu o deməkdir ki, Qərb bizim dostumuzdur. Əgər 3+3 formatı gerçəkləşsə, aydındır ki, yaxın gələcəkdə ərazi itkilərimiz olacaq. Bu formatda Rusiya, Türkiyə və Azərbaycan üstünlük təşkil edəcək. Bunun erməni xalqı üçün nə ilə bitəcəyi anlaşılandır”, - deyə Qriqoryan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru