"İnanırıq ki, Berlində ağıllı rəhbərlər tapılacaq" - Mariya Zaxarova

27-10-2021, 07:35           
"İnanırıq ki, Berlində ağıllı rəhbərlər tapılacaq" - Mariya Zaxarova
Rusiyada ümid edirlər ki, Berlində AFR müdafiə naziri Anneqret Kram-Karrenbaueri Rusiya Federasiyası Silahlı Qüvvələrini sınamaqdan çəkindirə biləcəklər.

Bu barədə oktyabrın 25-də RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən yayılmış şərhdə deyilir.

«Moskva ilə gərginliyin azaldılması üzrə ciddi dialoqa maraqlı olmadığını bu ərəfədə NATO görüşündə AFR müdafiə naziri A.Kramp-Karrenbauer nümayiş etdirdi. O, qeyd edib ki, NATO Rusiyaya qarşı özünün silahlı qüvvələrindən istifadəyə hazır olduğunu göstərməlidir. Ümid edirik ki, Almaniyada ağıllı rəhbərlər tapılacaq və onlar öz nazirlərini düşünülməmiş istəkdən çəkindirə biləcəklər və bizim silahlı qüvvələrimizin etibarlılığını sınağa çəkməyəcəklər» - Zaxarova qeyd edib.

Xəbər verildiyi kimi, bu ərəfədə bundestaqın deputatları Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin aqressıv bəyanatını pisləyiblər. O, deyib ki, Rusiyaya qarşı «biz, əvvəlcədən yavaşıdıcı effekti olduğunu bildiyimiz vasitələrdən istifadə etməyə hazırıq». Hərbi mütəxəssislərin dilində bu, bircə şey deməkdir - preventiv nüvə silahı.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru