Rusiyanın meyvə-tərəvəz embarqoları - paraddan sonra pomidora, PUA-dan sonra mandarinə sanksiya tətbiq edilir

28-10-2021, 15:20           
Rusiyanın meyvə-tərəvəz embarqoları -
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya 29 oktyabr tarixindən etibarən Türkiyədən mandarin idxalını dayandıqmağı qərara alıb. Rospotrebnadzor idarəsinin saytında bunun səbəbinin türk mandarinlərində zərərli maddələr tapılması olduğu bildirilir: “Bu mandarinlərdə tapılmış “Xlorpirifos” pestisidinin qalıqlarının miqdarı maksimal yolverilən səviyyədən üstündür”. Tədbirin infeksiyanın (? – red.) yayılmasının qarşısını almaq üçün görüldüyü bildirilir. Qeyd edək ki, “Xlorpirifos” pestisidi həşəratlara qarşı istifadə edilən maddədir.

Xəbər verdiyimiz kimi, dünən Ukrayna Silahlı Qüvvələri ilk dəfə Türkiyənin “Bayraktar TB2” dronundan döyüş meydanında istifadə edərək, Donbassda rusiyapərəst separatçıların artilleriya silahını raket zərbəsi ilə məhv ediblər.

Bənzər hadisə 2020-ci ilin dekabrında da baş vermişdi.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etmişdi – 2020-ci il dekabrın 10-da qüvvəyə minmiş qərar idxal olunan məhsullarda güvə və almaqurdu aşkarlanması ilə əsaslandırılmışdı.

qtisadçı Qubad İbadoğlu o zaman Rusiyanın bu qərarını şərh edərkən yazmışdı: “Məncə, idxala qadağa qərarının dekabrın 10-u Bakının Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəsi var. Azərbaycan Ordusunun Ermənistanla müharibədə qənimət kimi ələ keçirdiyi hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.