Korotçenko canlı efirdə ermənipərəst Zatulinə “səsinizi kəsin” dedi – VİDEO

28-10-2021, 16:47           
Korotçenko canlı efirdə ermənipərəst Zatulinə “səsinizi kəsin” dedi – VİDEO
“Rossia 1” telekanalının efirində rusiyalı ekspert İqor Korotçenko ermənipərəst siyasətçi Konstantin Zatulinə təpinərək “səsinizi kəsin” sözlərini deyib.

Bizim.Media xəbər verir ki, söhbətin mövzusu isə Donbasda gedən son qarşıdurma olub.

Korotçenko bildirib ki, münaqişənin qarşısını almaq üçün təmas xəttində Rusiyanın müasir hava hücumundan müdafiə sistemləri lazımdır, ancaq onu idarə edən heyətin olması da vacibdir:

“Ancaq 2-ci Qarabağ savaşında “Bayraktar” PUA-larının effektivliyinin şahidi olduq. Ermənistanın Azərbaycana qarşı başladığı müharibədə azərbaycanlılar bu işin öhdəsindən məharətlə gəldilər”.

Həmin vaxt aparıcıların hər ikisi eyni tonla “Daha bəsdirin, bu haqda danışmayın” kəlməsini işlətdilər. Studiyanın qonağı ermənipərəst siyasətçi Konstantin Zatulin də onlara dəstək oldu.

Korotçenko isə təmkinlə xatırlatdı ki, studiyanın bugünkü iştirakçılardan biri müharibə vaxtı təklif etmişdi ki, Rusiyanın 2 desant diviziyasını Qarabağa göndərək və Ermənistan tərəfindən müharibə aparsın.

Zatulin isə “O kimdir?” sualını verəndə Korotçenko əli ilə elə onun özünü göstərdi. Siyasətçi ona “Yalan danışırsan” ifadəsini işlətdi.

Korotçenko “Siz İrəvanda deyilsiniz, cənab Zatulin, xahiş edirəm, səsinizi kəsin. Biz hazırda Donbasdan danışırıq. Siz kimə lobbiçilik edirsiniz?” cavabını verdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.