VAŞİNQTONLA MOSKVA ARASINDA CƏNUBİ QAFQAZA DAİR GİZLİ ANLAŞMA - ABŞ Azərbaycan və Ermənistanın qarşılığında Gürcüstanı “seçib” / ŞOK DETALLAR

28-10-2021, 16:52           
VAŞİNQTONLA MOSKVA ARASINDA CƏNUBİ QAFQAZA DAİR GİZLİ ANLAŞMA -
ABŞ müdafiə naziri Lloyd Ostinin Gürcüstana səfəri belə bir sual doğurur: Prezident Co Baydenin dediyi kimi “Amerika qayıtdısa”, Qafqaza da qayıtdımı?

Gürcüstan, Ukrayna, Rumıniyaya səfəri və Brüsseldə keçirilən NATO sammiti çərçivəsində ABŞ-ın müdafiə naziri Loyd Ostin Gürcüstanın müdafiə və təhdidlərin qarşısınıalma qabiliyyətinin gücləndirilməsi təşəbbüsünə dair anlaşma Memorandumu imzalayıb.

Qeyd edək ki, Ostinin səfərinin rəsmi məqsədi Qara dənizin təhlükəsizliyi ilə bağlı həyati həmiyyətli vacib məsələlərə diqqəti yönəltmək idi. Belə ki, Vaşqinton Rusiyanın Ukrayna, Gürcüstan və bütün digər sahilyanı ərazilərdə davam edən təcavüzü, təhdid və təxribatı fonunda, həm Qara dənizin bütün sahilyanı dövlətləri ilə əlaqələri, həm də NATO üçün kritik əhəmiyyət kəsb edən məsələləri gözdən keçirmək niyyətində idi.

Etiraf etmək lazımdır ki, Qara dəniz bütün bu aktyorlar üçün həyati əhəmiyyət kəsb edir və yüksək rütbəli ABŞ rəsmiləri üçün NATO-nun və ABŞ-ın orada mövcudluğunu nümayiş etdirmək və hətta təkmilləşdirmək vacibdir.

Buna baxmayaraq, Ostinin səfəri ABŞ-ın dünyanın bu hissəsindəki siyasəti ilə bağlı ciddi və çətin suallar doğurur. Konkret olaraq, Ostin və ya hansısa yüksək rütbəli məmurun Ermənistana, yaxud Qara dəniz təhlükəsizliyindən heç də az əhəmiyyət kəsb etməyən Azərbaycana səfər etməkdən ötrü niyə “özünə əziyyət vermədiyini” soruşmağa dəyər. Əlbəttə, bu dövlətlər nə NATO-nun üzvü, nə də Rusiya təcavüzünün birbaşa qurbanı deyil. Bununla belə, onların hər ikisi nəinki Rusiyanın daimi təzyiqi altındadır, hətta 2020-ci ilin sentyabr-noyabr müharibəsi nəticəsində Dağlıq Qarabağda hərbi əməliyyatları dayandıran atəşkəs sazişini bu yaxınlarda imzalayıblar. Üstəlik, son hadisələr göstərir ki, bu müharibədən sonra artıq uzaqda olmayan sülh prosesinə hazırlıq gedir. Ona görə də hər iki tərəfin vasitəçiyə ehtiyacı var.

Xarici ekspertlərin fikrincə, uzun müddət siyasəti bu münaqişəni qoruyub saxlamaqdan ibarət olan Rusiya, bu rola layiq ola bilməz. Ekspertlərə görə, nə qədər ki, Vaşinqton burada təsirli rol oynamaqdan çəkinəcək, avtomatik olaraq region Rusiya və Türkiyə arasında bölünəcək. Nəticədə, Ermənistnla Azərbaycan arasında bağlanan sülh müqaviləsi Qafqazda Rusiyanı yenidən əhəmiyyətli rol sahibinə çevirəcək.

Eləcə də ekspertlər hesab edir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh arzusunda olduğunu bildirsə də, Türkiyə qısqanc Rusiyaya qarşı Qafqazda sülhə zəmanət verə bilməz. İndi Azərbaycan üçün əsas təhlükə kimi ortaya çıxan İranla da sülhü təmin edə bilməz. Azərbaycan İran üçün sərhəddə yeni qüvvələr yerləşdirən və otuz ildə ilk dəfə gözəçarpan təlimlər keçirən İran üçün ikinci cəbhəyə çevrilib. Tehran bunu “sionist qüvvələrin” mövcudluğu səbəbindən etdiyini iddia etsə də, Azərbaycan-İsrail tərəfdaşlığına görə yalnız özü günahkardır. Çünki Tehran hər iki dövlətə qarşı terror həyata keçirib, Azərbaycandakı İsrail səfirliyinin əməkdaşına qarşı terror aktları törətməyə cəhd edib. Molla rejimi Ermənistandan qanunsuz bank əməliyyatları üçün sığınacaq kimi istifadə edib, eləcə də sanksiyalardan yayınmaq üçün həm saxta, həm də qanuni bəhanələrlə Ermənistanda yüzlərlə biznes qurub. Uzun illərdir ki, İran, Dağlıq Qarabağ vasitəsilə Ermənistana enerji nəqlini həyata keçirir və Azərbaycan çoxsaylı xəbərdarlıqlardan sonra qaçaqmal daşıyan İrana məxsus yük maşınının sürücülərini həbs etməli oldu. Həmçinin, İranın Ermənistana gizli şəkildə silah satması ilə bağlı məlumatlar var. İllərdir ki, İran Ermənistandan narkotik və insan qaçaqmalçılığı həyata keçirməklə də məşğuldur.

Fars rejimi, həmçinin Azərbaycanın şiələri arasında ideoloji təxribat törətməklə Azərbaycan hökumətini devirməyə cəhd edib, baxmayaraq ki, Tehran Şimali İrandakı böyük azərbaycanlı əhalidən qorxduğu üçün Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb.

Həqiqətən də, İranın Azərbaycana qarşı düşmənçiliyinin kökündə bu, getdikcə daha çox tərpəniş nümayiş etdirən azərbaycanlıların varlığı dayanır. İndi bu düşmənçilik həm İsrailin, həm də Türkiyənin Azərbaycanda olması və İranın Qarabağ ərazilərindən gəlirli yüklərin (qaçaqmalın) daşınmasına son qoyması səbəbindən artıb. Beləliklə, İran Bakını da hədələyir və Ermənistanda kifayət qədər təsir gücünə malik olmağa çalışır. Bu şəraitdə biz soruşmalıyıq ki, niyə Ostin və ya hansısa yüksək rütbəli məmur Tiflisdən uçuş vaxtı bir saatdan az məsafə sərfediləcək olan hər iki ölkəyə səfər etməyib?

Belə bir səfərdə iştirak edən xərclər və maddi-texniki planlaşdırma nəzərə alınsa, bu amillər adıçəkilən dövlətləri Ostinin marşrutuna əlavə etməmək üçün səbəb ola bilməzdi. Vaşinqtonun bu münaqişənin vasitəçiliyində rol oynamaq istəyi ilə bağlı iddialar eşidilsə də, ortada hər hansı siyasət təşəbbüs və ya strategiyanın əlaməti yoxdur. Qafqazda mahiyyətcə "fərari" olmaq mövqeyi ABŞ-ın on ildən artıqdır apardığı siyasətin sadəcə davamıdır. Bu mövqe, hadisələrin göstərdiyi kimi, ABŞ-ın hər iki dövlətdə təsir imkanlarını birmənalı istisna edir, bu arealı bilərəkdən bir-birilə rəqabət aparan regionun hegemon dövlətlərinin - Türkiyə və Rusiyanın ixtiyarına buraxır və "sülhə doğru" hər hansı irəliləyişə nail olmaq üçün heç nə etmir. Bu isə onu ağla gətirir ki, Vaşinqtonun Rusiya ilə bu iki ölkəyə dərindən nüfuz etməyəcəyi barədə ya razılaşması var, ya da regionu Ankara ilə Moskvanın "rəqabətinin qarşıdurmaya dönməsi fürsəti" kimi gördüyündən məqam gözləyir. Yaxud Azərbaycanla Ermənistanı Moskvanın təsir dairəsi kimi tanıması, ya da tanıyırmış kimi davranması Vaşinqtonun başlatmağı çox arzuladığ 3-cü dünya savaşına qığılcım rolu oynaması üçün Kremlə verdiyi "bonus" anlamı daşıyır.

Qafqaz.media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.