“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq” - Ölkə liderindən şok iddia

29-10-2021, 07:02           
“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq” -
Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb.
Teref.az xəbər verir ki, o, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib.

Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib:

“ABŞ-la uzunmüddətli əlaqələrimizi nəzərə alsaq, bəli, inanıram”.

O, ABŞ Konqresi və xalqının dəstəyini hiss etdiklərini söyləyib:

“Hər gün artan təhlükə qarşısında özümüzü və demokratiyamızı qorumağa, 23 milyonluq xalqımızın haqqı olan azadlığını təmin etməyə çalışırıq”./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru