Hindistan qitələrarası ballistik raketini sınaqdan keçirib

29-10-2021, 07:20           
Hindistan qitələrarası ballistik raketini sınaqdan keçirib
Hindistan Silahlı Qüvvələri (SQ) çərşənbə günü axşam qitələrarası ballistik raketi (QBR) «Aqni-V»-ni (uçuş məsafəsi 5 min km.) sınaqdan keçirib.

Bu barədə oktyabrın 28-də TASS agentliyi «The Times of India» qəzetinə istinadla xəbər verib.

"Aqni-V"-nin Çinin şimal hissəsini vura biləcək uğurlu sınağı Hindistanın etibarlı minimal yavaşıdıcı effektini təmin edən siyasəti ilə eyni səslənir - kütləvi qırğın silahından birinci istifadə etməmək prinsipi əsasında» - qəzeti müdafiə nazirindən sitat gətirir.

Xəbərdə qeyd oluur ki, bərk yanacaqlı üçpilləli raket "Aqni-V" ilk dəfə olaraq sınaqdan gecə vaxtı keçirilir.

Raket silahlı qüvvələrin sərəncamına bu il verilib. Raketin atışı adada yerləşən sınaq mərkəzində (Benqal körfəzi istiqamətində Odişa ştatı sahillərində) həyata keçirilib. Onun uçuşu daim radarlar, yerüstü və dəniz optik-elektron izləmə sistemi vasitələri ilə izlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.