Əfqanıstana qonşu dövlətlərin XİN başçıları bəyanatla çıxış ediblər

29-10-2021, 07:56           
Əfqanıstana qonşu dövlətlərin XİN başçıları bəyanatla çıxış ediblər
Əfqanıstanla qonşu dövlətlərin xarici işlər nazirləri, İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiya da daxil, birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunur ki, Əfqanıstan probleminin yeganə həll yolu - bütün etnik qrupların iştirak etdiyi hərtərəfli siyasi strukturdur.

Xəbəri İranın İRNA agentliyi yayıb.

Nazirlər milli suverenliyi, siyasi müstəqilliyi, birliyi və Əfqanıstanın ərazi bütövlüyünü, həm də daxili işlərinə qarışmamağı qeyd ediblər.

Bəyanatda «Taliban» da daxil, münaqişəyə cəlb olunmuş bütün tərəflərə çağırış edilir ki, siyasi danışıqlar və millətin gələcəyinin yaxşılaşdırılması üçün məsləhətləşmələr davam etdirilsin. Həm də əfqan məsul tərəflərin beynəlxalq birlik qarşısında zəmanət və öhdəliklərinə diqqət yönəldilir ki, Əfqanıstan ərazisi qonşu ölkələr üçün heç bir təhlükə yaratmayacaq və cinayətkar, terrorçu və separatçı qruplaşmalardan ötrü istifadə edilməyəcək.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru