Keçmiş səfir: “Ağ Ev və Kreml Qarabağda sülhməramlı olmayacaqlarına dair razılığa gəlmişdi”- ŞOK AÇIQLAMA

7-11-2021, 13:00           
Keçmiş səfir: “Ağ Ev və Kreml Qarabağda sülhməramlı olmayacaqlarına dair razılığa gəlmişdi”- ŞOK AÇIQLAMA
“Kreml NATO-nu Zaqafqaziyadan “qovmağa” çalışır və region birdəfəlik Rusiyanın qeyri-liberal hegemonluğu təhlükəsi qarşısındadır”.

Cebhe.info xəbər verir ki, bunu Şimal-Qərb Universitetinin nümayəndəsi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri İan Kelli deyib. Onun məqaləsi “The Atlantic”-də dərc olunub.

Onun fikrincə, Rusiyanın Zaqafqaziyada sülhməramlı siyasəti hiddət doğurmalıdır:

“Lakin ABŞ və Avropa bu region Rusiyanın “yırtıcı pəncəsi”nin mərhəmətinə buraxıb. Belə ki, Dağlıq Qarabağ uğrunda müharibə gedir. Hələ 1994-cü ildə tərəflər - Ermənistan və Azərbaycan həll yolu axtarmaq üçün ABŞ, Fransa və Rusiyanın danışıqlara həmsədrlik edəcəyi barədə razılığa gəliblər. Bununla belə, yazılmamış müqavilələr də var idi”.

Kelli iddia edir ki, Moskva və Vaşinqton fövqəldövlətlərin özlərinin sülhməramlı qüvvələrə daxil olmayacağı barədə razılığa gəliblər. Lakin keçən il Qarabağda atəşkəs yalnız Rusiyanın vasitəçiliyi ilə olub, sülhməramlı qüvvələrdə yalnız Rusiya qoşunları var.

Ekspert əlavə edir ki, Vaşinqton və Paris bu işdən kənarda qalıb.

Onun fikrincə, səbəblərdən biri Kremlin öz tarixi torpaqları hesab etdiyi ərazidə Rusiya hegemonluğunu bərpa etmək, Qərbin iştirakını isə minimuma endirmək istəyidir. Digər səbəb Ağ Ev və Yelisey sarayının vasitəçilik etmək istəməməsidir:

“İndi danışıqlar prosesinə Rusiya rəhbərlik edir, əvvəllər belə deyildi. Onun qoşunları hər üç ölkədə var. Ermənistan və Azərbaycanın razılığı ilə hər iki ölkədə, Gürcüstanda isə bu ölkənin istəyindən kənar mövcuddur".

Kelli hesab edir ki, Moskva öz hərəkətləri ilə Zaqafqaziyanın şərq-qərb oxundan şimal-cənub oxuna sürüşdürə bilər və yeni ticarət yollarının yaradılması ilə Rusiya təsir rıçaqlarına malik olacaq:

“Kreml boru kəmərləri və quru yollarında öz transsərhəd mövqeyindən dəfələrlə istifadə edərək Qərbə istiqamətlənməyə cəsarət edən ölkələri cəzalandırıb”.

O, həmçinin etiraf edib ki, NATO və Aİ üzvlüyünün qeyri-müəyyən perspektivlərindən başqa Qərb Zaqafqaziya ölkələrinə heç nə təklif etməyib:

“Ukrayna və Gürcüstan Aİ və NATO-ya üzv olmaq iddiasında olsalar da, geosiyasi birliklərdən kənarda qalıblar və Rusiya üçün “asan ov” olublar”.

Xəzər












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.