Putinun Lukaşenkonu bitirmək planı: Belarus lideri öz əli ilə özünə “siyasi məzar” qazıb

8-11-2021, 00:10           
Putinun Lukaşenkonu bitirmək planı:
Prezident Aleksandr Lukaşenko son vaxtlar Kremldə müzakirə edilən Rusiya və Belarusun “İttifaq Dövləti” layihəsində yer almayacaq.

Cebhe.info xəbər verir ki, bunu “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov deyib.

Onun fikrincə, Rusiya və Belarusun “birləşdiyi” “İttifaq dövləti” layihəsi 2024-cü ildə həyata keçiriləcək:

“Bununla belə, Lukaşenkoya orada yer olmayacaq, ona yeni struktura rəhbərlik etməyə icazə verilməyəcək”.

O xatırladıb ki, 2024-cü ildə Rusiyada növbəti prezident seçkiləri keçiriləcək və Putin bu seçkilərdə “sıfırlama” sayəsində iştirak edə biləcək. Baş redaktor əmindir ki, Rusiya Federasiyasını Belarusla birləşdirməklə Kreml Krımın uğurunu təkrarlamağa ümid edir:

“Səlahiyyətlərini uzatmazdan əvvəl Vladimir Putinə həzz və xoşbəxtlik verəcək variantlardan biri Belarusla birləşməkdir".

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası və Belarus prezidentləri İttifaq Dövlətinin yaradılması üçün 28 inteqrasiya proqramı imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru