Kremldən Putin-Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama - "... hazırlıq işi davam edir, dəqiq razılıqlar yoxdur"

8-11-2021, 19:21           
Kremldən Putin-Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama - "...
RF prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans formatında görüşünün keçirilməsi ilə bağlı hələlik dəqiq razılıqlar yoxdur. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Putin, Əliyev və Paşinyan arasında videokonfrans mövzusunu izah edim. Həqiqətən, biz təsdiq etmişik ki, bu cür görüşə hazırlıq üzərində iş gedir, lakin qeyd etmək istərdik ki, belə videokonfransın keçirilməsinə dair hələlik dəqiq razılıqlar və nöqteyi-nəzər yoxdur”, - Peskov jurnalistlərə bildirib.

“Bu iş davam edir”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru