Lavrovdan Qazaxıstana "yumşaq hədə": - "Rusdilli əhaliyə qarşı..."

9-11-2021, 09:58           
Lavrovdan Qazaxıstana "yumşaq hədə": -
Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ayrı-ayrı ksenofobiya faktları Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici işlLavrov ər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir: “Təəssüf ki, son vaxtlar biz Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ksenofobiyanın bir sıra əks-səda doğuran təzahürlərinə şahid olduq. Bu hallar əsasən xaricdən xüsusi informasiya texnikasının istifadəsinin nəticəsidir ki, bu da kiçik şəhərlərdə millətçiliyin aşılanmasına və Rusiya ilə əməkdaşlığın gözdən salınmasına yönəlib".

Bununla belə, nazir qeyd edib ki, Nur-Sultanla ikitərəfli münasibətlərin səviyyəsi hər bir narahatlıq yaradan hadisə üçün birgə operativ tədbir görməyə imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru