Ermənilərlə Rusiya hərbçiləri arasında insident olub, yaralanan var

9-11-2021, 17:33           
Ermənilərlə Rusiya hərbçiləri arasında insident olub, yaralanan var
Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

“Report” “shamshyan.com” saytına istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru