Köçəryan və Sarkisyan Qarabağa kimin icazəsi ilə gəlib? - "Bu bir də təkrarlanarsa, böyük münaqişə çıxacaq"

10-11-2021, 17:37           
Köçəryan və Sarkisyan Qarabağa kimin icazəsi ilə gəlib? -
"Bizim üçün maraqlı olan məsələ, bu səfərin təşkil edilməsində kimlərin əlinin olduğu və niyə icazə verildiyi olmalıdır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın Xankəndindəki dəfn mərasimdə iştirakından danışarkən deyib.

Onun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra rus sülhməramlılarının ermənilərin Qarabağa səfərinə icazə verməsi əsas müzakirə obyekti olmalıdır:

"Xüsusilə də Qarabağ klanı nümayəndələrinin bu cür səfəri onu göstərir ki, Rusiya tərəfi hələ də həm Köçəryanın, həm də Sarkisyanın güclənməsinə ümid edirlər, onları Qarabağa göndərməklə bir növ Qarabağ erməniləri arasında inam yaratmağa çalışırlar. O cümlədən bununla "Rusiya Qarabağ ermənilərini diqqətdən kənarda qoymur” kimi mesaj vermək istəyirlər”.

Müsahibimiz sözügedən məsələnin Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Lavrov arasında baş tutan telefon danışığında müzakirə olunduğunu da istisna etməyib:

"Sarkisyan, Köçəryan kimi terrorçuların Azərbaycan sərhədini pozaraq Qarabağa gəlməsinə icazə verilib-verilməməsi hələ qapalı olaraq qalır. Hesab edirəm ki, Azərbaycan hökuməti bununla bağlı konkret olaraq addım atmalıdır. Bu durum bir də təkrarlanarsa, həmin ərazidə böyük bir münaqişənin çıxması kimi qiymətləndirilməlidir. Bundan sonrakı mərhələdə rus sülhməramlılarına qəti xəbərdarlıq edilməlidir ki, bu cür şəxslərin Qarabağa girişinə icazə verməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.