Qarabağla bağlı Rusiyadan yeni təklif

10-11-2021, 19:29           
Qarabağla bağlı Rusiyadan yeni təklif
Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam formatda Qarabağa səfərlərinin təşkil olunması praktikasının tezliklə yenidən bərpa olunmasının tərəfdarıdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü, noyabrın 10-da keçirdiyi brifinqdə deyib.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir", - Zaxarova vurğulayıb. O qeyd edib ki, Rusiya XİN "üçlük" xətti ilə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli barədə səylərin davam etdirilməsini vacib sayır.
Ötən həftə, noyabrın 3-də keçirilmiş brifinqdə Zaxarova Rusiyanın "3+3" platformasının yaradılması ideyasını dəstəklədiyini bildirmişdi. "Bu formatın işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər", - XİN rəsmisi əlavə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru