Moldova Rusiyanın borcunu ödəməsə... - Dodon

11-11-2021, 08:14           
Moldova Rusiyanın borcunu ödəməsə... - Dodon
Bu gün "Moldovaqaz"ın "Qazprom"a olan borcunu ödəmək üçün yalnız iki variant var - büdcə vəsaitlərindən istifadə etmək və ya borcun tarifə daxil edilməsi.

Axar.az xəbər verir ki, bunu Moldovanın sabiq prezidenti İqor Dodon deyib.

"Cari borclar var ki, onları qismən dövlət büdcəsi, qismən də vətəndaşlar ödəyə bilər. Bir də tarixi borclar var - təxminən 700 milyon dollar", - Dodon vurğulayıb.

Onun sözlərinə görə, “Moldovaqaz”ın daxili ehtiyatları birmənalı olaraq borcun ödənilməsinə kifayət etmir.

"Moldova cari və keçmiş borclarını ödəməyi öhdəsinə götürməlidir, əks halda oktyabrın sonunda imzalanmış qaz tədarükü üzrə müqavilə avtomatik olaraq ləğv ediləcək", - Dodon söyləyib.

Qeyd edək ki, Moldova parlamenti enerji böhranına görə ölkədə 22 oktyabrdan etibarən 30 gün ərzində fövqəladə vəziyyət elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.