Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ layihə təqdim edəcək

12-11-2021, 08:07           
Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ layihə təqdim edəcək
Avropa İttifaqı (Aİ) gələn həftə Çinlə qarşıdurma üçün 45,9 milyard ABŞ dollarından çox vəsaitin ayrılmasını nəzərdə tutan strategiyanı təqdim edəcək. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi müvafiq sənəd layihəsinə istinadən məlumat yayıb.

Brüsselin Pekinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünün həyata keçirilməsinə qarşı çıxmaq niyyətində olduğu iddia edilir.

Agentliyin məlumatına görə, Aİ-nin “Qlobal Gateway” adlı yeni strategiyası dünyanın müxtəlif yerlərində ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələrində layihələrə investisiyaları nəzərdə tutur.

"Bloomberg" yazır ki, vəsaitin Avropa Dayanıqlı İnkişaf Fondunun maliyyə öhdəlikləri şəklində ayrılması planlaşdırılır.

Sənəd layihəsində qeyd olunur ki, gələcəkdə ümumi büdcəsi 91 milyard ABŞ dolları olan Qlobal Avropanın inkişafına yardım proqramı çərçivəsində investisiyalarının həcmi əhəmiyyətli dərəcədə artmalıdır.

Qeyd edək ki, “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Çin Sədri Si Cinpin tərəfindən beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini aktivləşdirmək üçün təklif edilən konsepsiyadır. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilatlar bu təşəbbüsə qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru