Zəngəzuru hissə-hissə vermək belə olur – Paşinyan

12-11-2021, 10:33           
Zəngəzuru hissə-hissə vermək belə olur – Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun hissə-hissə təhvil verildiyi haqda müxalifətin səsləndirdiyi iddialara cavab verib.

Axar.az xəbər verir ki, Nikol Paşinyan əslində Zəngəzurun əvvəlki hakimiyyət tərəfindən “verildiyini” deyib.

“Bu gün deyirlər ki, Zəngəzur hissə-hissə verilir. Gəlin baxaq, görək Zəngəzurun verilməsi formulu necədir: 2018-ci ildə Zəngəzurda uşaqların yalnız 4 faizi uşaq bağçasına getmək və məktəbəqədər təhsil almaq imkanında idi. Zəngəzurun təhvil verilməsi formulu məhz budur”, - Paşinyan bildirib.

Bütün bunların Zəngəzurda yaşayışı çətinləşdirdiyini vurğulayan Paşinyan bu bölgədən insanların bir neçə ildir sistemli şəkildə köç etdiyinə diqqət çəkib.

O deyib ki, Zəngəzurun boşalmasının qarşısını almaq üçün hökumət plan düşünüb:

“Zəngəzurun yalnız bir icmasına uşaqların tam təhsil almasına şərait yaradılması üçün 9 milyard dram ayrıldı. Bu, İrəvan və Gümrü istisna olmaqla, Ermənistan tarixində əyalətlərə ayrılan ilk ən böyük vəsaitdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru