"Hökumət deyirsə, bura Azərbaycanındır, onda nə danışıqlar aparırıq?" - Orbelyan

12-11-2021, 11:27           
"Hökumət deyirsə, bura Azərbaycanındır, onda nə danışıqlar aparırıq?" - Orbelyan
"Oxşar vəziyyətdə olan bir ölkədən olsaydım, eyni addımları atardım: əvvəlcə silahlı qüvvələr, sonra polis xidməti, sonra gömrük məntəqəsi, bir müddət sonra hasarımız olacaq, bir müddət sonra "pulsuz" mağaza açmaq vəzifəsi ola bilər, bütün bunlar sadə və məntiqli, gözlənilən proseslərdir".

Unikal.org news.am-a istinadən xəbər verir ki, bu sözləri erməni mütəxəssis, vəkil Orbelyan deyib. O, mətbuata Gorus-Qafan yolunda Azərbaycan postlarının qurulmasından danışıb:

“Hər şey çox aydındır, məntiqlidir, mən hələ ötən il noyabrın 10-da həmin gömrük məntəqəsi haqqında danışmışam, bu gözlənilən idi. Gömrük məntəqəsinin yerləşdiyi hissə Azərbaycandır və biz buranın Azərbaycan olduğunu qəbul edirik, daha nə danışıq aparırıq? Demarkasiya-sərhəd prosesi sərhədi dəyişmək üçün deyil, harada olduğunu anlamaq üçün edilir. Yalnız sərhəd dəqiqləşəndən sonra biz ərazilərin mübadiləsi ilə bağlı danışıqlar apara bilərik, amma kimlərsə artıq bəyan edibsə ki, bu, Azərbaycandır, o zaman biz nə danışıqlar aparırıq? Ona görə də siz deyəndə ki, demarkasiya danışıqları getməlidir, onlar (red. Ermənistan hökuməti) çoxdandır ki, danışıqlar aparmadan hissələrin demarkasiyasına qərar veriblər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru