NATO-nun başını qatırlar, hədəf Ukraynadır!

15-11-2021, 08:28           
NATO-nun başını qatırlar, hədəf Ukraynadır!
Belarusla sərhəddə miqrant əməliyyatında əsas məqsədi Ukraynanı hədəf almaqdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərini müşaviri Aleksey Arestoviç deyib.

"Hərbi nöqteyi-nəzərdən baxsaq, ilk miqrant Belarusla sərhəddə hasarı sındırmağa başlayan kimi əməliyyata start verildi. Əsas məqsəd isə Ukraynadır. Polşaya problem yaradırlar ki, NATO daha çox ona köməyə yönəlsin və Ukraynaya vaxtında yardım edə bilməsin", - o bildirib.

Arestoviçin sözlərinə görə, Belarus təhlükəsizlik qüvvələri miqrantları sərhədə özləri gətirir:

"Yəni miqrantları sərhədə basqın etmək üçün təşkil edib göndərirlər. Bunu NATO-nun xüsusi xidmət orqanları sübut edir və Polşa da bu barədə məlumat verir. Miqrantlar Rusiyanın yardımı ilə mərkəzləşdirilmiş qaydada gətirilir. Onlar NATO və AB-yə zərbə vurduqlarını göstərirlər. Bu, gələcək siyasətlə əlaqəli bir siyasi böhrandır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru