"Bakı Naxçıvanla Azərbaycanın əsas rayonları arasında dəhliz açmağa çalışır" - Ohanyan

15-11-2021, 12:23           
"Bakı Naxçıvanla Azərbaycanın əsas rayonları arasında dəhliz açmağa çalışır" - Ohanyan
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinin ən dar hissəsində Naxçıvana olan məsafəni azaltmağa və İrəvan-Gorus yolunu nəzarətə götürməyə çalışır.

“Ölkə.Az” xəbər verir ki, bunu “sputnikarmenia”ya Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” müxalifət blokunun rəhbəri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, Bakı Naxçıvanla Azərbaycanın əsas rayonları arasında dəhliz açmağa çalışırlar.

“Sevliç (Qaragöl-red) gölündən Cermuka qədər olan hissədə Ermənistanın ən dar ərazisidir ( Bu ərazidən gözlə hər iki tərəfi görmək olar-red). Həmin nöqtədən Naxçıvana düz xətt üzrə 20-30 km məsafədir: “Məhz buna görə də Azərbaycan ərazini daha da daraltmağa və İrəvan-Gorus-Qafan avtomobil yoluna nəzarəti bərqərar etməyə çalışır”- o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru