Rusiya MN-in hesabatında erməni terrorçunun təxribatına yer verilmədi

16-11-2021, 07:16           
Rusiya MN-in hesabatında erməni terrorçunun təxribatına yer verilmədi
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin noyabrın 13-dəki fəaliyyəti ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, hesabatda minatəmizləmə əməliyyatlarından bəhs edilsə də, həmin gün Şuşada təxribat törətmiş 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, Mirzoyanın təxribatı nəticəsində üç azərbaycanlı hərbçi yaralanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlamasında Mirzoyana qarşı bir neçə maddələr üzrə cinayət işi açıldığı qeyd edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru