Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov

16-11-2021, 07:28           
Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov
Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.

Axar.az xəbər verir ki, bu fikri o, “ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, “Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVİD-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.

“Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEK+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEK+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - V.Ələkbərov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.