Erməni deputat nasist xislətini büruzə verdi - “Türklərdən pis qoxu gəlir”

26-11-2021, 00:07           
Erməni deputat nasist xislətini büruzə verdi -
Ermənistan parlamentinin deputatı, “Erkir tsirani” (Əriklər ölkəsi) partiyasının sədri Zarui Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini büruzə verib.

"Oxu.az" xəbər verir ki, onun həqarətlə “türklər” deyə müraciət etdiyi azərbaycanlılar barədə təhqiramiz ifadələri ölkə mətbuatında yayılıb. O, demarkasiya və delimitasiya problemi üzrə parlamentdə keçirilən müzakirələr zamanı etdiyi çıxışında azərbaycanlılara qarşı irqçi ifadələr işlədib.

Postancyan beynəlxalq tədbirlərdən birində Azərbaycan nümayəndələrilə birgə oturmaqdan imtina etdiyini bildirib. Səbəbini isə belə izah edib:

“Oturmaq üçün zaldan keçərkən mənə dedilər ki, o tərəfə keçməyim. Orada türklər oturub. Biz isə bilirik pis qoxu kimdən gəlir. Əlbəttə ki, türklərdən. Türklərlə birgə yaşayanlar onların evlərindən necə pis qoxu gəldiyini bilirlər”, - deyə millət vəkili bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru