ABŞ esminesi Qara dənizə daxil oldu - Rusiyaya mesaj

26-11-2021, 10:21           
ABŞ esminesi Qara dənizə daxil oldu -
ABŞ-a məxsus "Arleigh Burke" (DDG51) eskadra minadaşıyan gəmisi Qara dəniz akvatoriyasına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması məlumat yayıb.

Esmines Qara dənizdə müntəzəm olaraq patrul təhlükəsizliyini təmin edəcək.

“İndi biz Qara dənizdə NATO üzrə müttəfiqlərimizi və partnyorlarımızı daha qətiyyətlə dəstəkləyirik”, - deyə esminesin kapitanı Patrik Çepman bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.