Bağdasaryan sensasiyalı məlumat yayıb

3-12-2021, 10:30           
Bağdasaryan sensasiyalı məlumat yayıb
Erməni bloger, rus sülhməramalıların sayəsində Qarabağın bir hissəsində hələ də qalan qondarma rejimin cinayətlərini ifşa etməklə ad çıxarmış Roman Bağdasaryan bu günlərdə sensasiyalı məlumat yayıb.

Onun sözlərinə görə, vaxtilə Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə Qarabağın yerli erməni dəstələri Ermənistan ordusunun 200-dən çox əsgərini məhb ediblər.

“Mən həmişə demişəm ki, Ermənistan ordusunun 40%-ni Arsax (qondarma quruma verilən ad-red.) ordusu, onların zabitləri, generalları öldürüb. Qarabağlılar (Qarabağ erməniləri-red.) yüzlərlə erməninin öldürülməsi üçün hər şeyi ediblər. Çünki fikirləşirdilər ki, nə qədər çox tabut olsa, Paşinyanı qovmaq bir o qədər asan olacaq. Ar olsun sizlərə! 30 il ərzində Ermənistan erməniləri sizi qorumaq üçün əsgər göndərdilər, amma siz onları qırdınız. Qarabağ əsili erməni zabitlər minlərlə ermənini yaralı halda döyüş meydanında qoyub qaçıblar. Bunun nəticəsində 1600-dən çox hərbçi döyüşlərdə məhv olub.”, - deyə o bildirib.

Bundan başqa Bağdasaryan Qarbağdakı quldur rejimin 30 illik işğal ərzində Şuşa həbsxanasını ermənilər üçün əsl işgəncə yuvasına çevirdiyini söyləyib. Erməni blogerin daha bir maraqlı məlumatı Hadrudun azad olunmazdan qabaq Ermənistan ordusu tərəfindən qarətə məruz qalması ilə bağlıdır. O, bunu Vətən müharibəsi zamanı Arsrun Ovannisyan tərəfindən də təsdiqləndiyini qeyd edib.

Qeyd edək ki, Ermənistanda Bağdasaryanın bu sözlərinə görə cinayət məsuliyyətinə cəlb olunması tələb olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.