Zelenskini nümayəndəsi: “Valeri Pekres Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edib”

25-12-2021, 00:04           
Zelenskini nümayəndəsi:
“Hər hansı ölkənin siyasətçilərinin, rəsmilərinin Azərbaycan Respublikasının ərazisində tanınmamış kvazi-birləşmələrin nümayəndələri ilə istənilən əlaqəsi suveren Azərbaycan dövlətinin daxili işlərinə kobud müdaxilə, onun ərazi bütövlüyünə qəsd, habelə beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulmasıdır”.

Cebhe.info xəbər verir ki, bunu Ukrayna Ali Radası (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” Partiyasının üzvü, deputat, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavskiy Fransanın İl-dö-Frans regionunun prezidenti Valeri Pekresin Azərbaycandanın Xankəndinə qanunsuz səfəri, oradakı görüşlərə münasibt bildirərkən deyib.

O qeyd edib ki, bu cür hərəkətlər yolverilməzdir, çünki müasir dünyada beynəlxalq münasibətlər sisteminin əsaslarını təhdid edir:

“Üstəlik, bu cür hərəkətlər təkcə Azərbaycan Respublikası üçün deyil, həm də öz inkişaflarının demokratik yolunu, bununla da Rusiya Federasiyasının imperiya ambisiyalarına uyğun gəlməyən yolu seçmiş Ukrayna, Gürcüstan, Moldova və digər postsovet ölkələri üçün təhlükəli presedentə çevrilə bilər. Bu həmçinin ərazilərində vaxtaşırı separatçı əhval-ruhiyyənin gücləndiyi Mərkəzi və Qərbi Avropanın bir çox dövlətləri üçün də əhəmiyyətli təhlükə yaradır”, - deyə, o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.