Peskov Rusiya və ABŞ liderlərinin növbəti görüşü barədə danışıb

25-12-2021, 11:45           
Peskov Rusiya və ABŞ liderlərinin növbəti görüşü barədə danışıb
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin mümkün növbəti görüşünün harada keçirilə biləcəyi məsələsi hətta yaxından müzakirə belə olunmur”. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik bu barədə hər hansı müzakirə aparılmır”, - deyə o, növbəti görüşün yeri ilə bağlı sualı cavablandırıb.

Liderlərin qiyabi olaraq görüşünüb hazırlanmaslna gəlincə, Peskov bildirib ki, ilk növbədə Rusiya Federasiyasına NATO-dan təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq lazımdır: "Bu, yanvarda baş tutmalıdır. Biz qaldırılan suallara konkret cavab gözləyəcəyik".

Kreml sözçüsü təsdiqləyib ki, prezidentlərin görüşü yalnız bu məsləhətləşmələrdə konkret razılaşmalar əldə edildikdən sonra mümkündür.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu Rusiyaya etibarlı və uzunmüddətli təhlükəsizlik təminatları vermək məqsədi ilə substantiv danışıqlara başlamağa çağırıb. O deyib ki, Moskvaya məhz hüquqi təminat lazımdır, çünki qərbli həmkarlar öz şifahi öhdəliklərini yerinə yetirməyiblər.

Pərvanə Sultanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru