Rusiya hərbçiləri "100 ildə ilk dəfə” Qarabağda ermənilərlə birgə Xaç yürüşü keçirdi... - ZİBİLƏ DÜŞMÜŞÜK...
7-01-2022, 11:11

"100 ildə ilk dəfə olaraq Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının və Rusiya və Ermənistandan gələn zəvvarların iştirakı ilə Xristosun Mövludu bayramı keçirilib". TEREF.AZ moderator.az-a istinadən xəbər verir ki, bu cümlə bu gün - noyabrıın 7-i Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatdandır.
“Bizim kilsəmiz bünövrəsi 2021-ci il aprelin 12-də qoyuldu və həmin il noyabrın 4-də Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı Məsihin Doğum kilsəsi artıq “işıqlandırıl”dı. Bu hərbçi məbədi qısa müddətdə kontingentin komandanlığı və şəxsi heyətinin, Stepanakert şəhərinin sakinlərinin səyi ilə ucaldılıb. Bu gün biz kilsəmizdə ilk bayram gününü qeyd edirik. Bu, sakinlərinin çoxdan əziyyət çəkdiyi Dağlıq Qarabağ torpağında sülhün və əmin-amanlığın bərpasına öz töhfəsini verən Rusiyanın sadiq övladlarını bir daha şərəfləndirmək üçün bir fürsətdir”, - deyə Rusiya sülhməramlı kontingentinin Məsihin Doğum Kilsəsinin rəhbəri Vadim Valınkin bildirib.
Yeni tikilmiş Məsihin Doğum Kilsəsindəki Rusiya sülhməramlı kontingenti birləşmələrinin dislokasiya ərazisində 200-dən çox hərbi qulluqçu və 100 zəvvarın iştirak etdiyi xaç yürüşü ilə başa çatan Milad mərasimi keçirilib” – Rusiya MN-in yaydığı xəbərdə belə deyilir.
Bir daha xatırladaq ki, Rusiya MN-in xəbərində “Stepanakert”də, yəni Xankəndində yerləşdiyi qeyd edilən yeni tikilmiş rus pravoslav kilsəsi əslində Xocalı rayonuna aid olan hava limanı ərazisində yerləşir...
Zəruri şərh:
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, hər hansı bölgədə sülhü təmin etməli olan birləşmə komandanlığını tərəflərin hansı dinə mənsubluğu maraqlandırmamalı, tərəfləri qıcıqlandırmamaq üçün onların, eləcə də kontingent üzvlərinin dini mənsubluğu qabardılmamalıdır. Lakin təəssüf ki, göründüyü kimi, Rusiya hərbi kontingentinə aid növbəti xəbərdə də rusların ermənilərlə eyni bayramı qeyd etdikləri və eyni dinə mənsubluqları vurğulanır və üstəlik, 100 il öncəki tarix xatırlanır. Bu da “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan ərazisidir” söyləyən Rusiya lideri Putinin “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır” deməklə nəyə işarə etdiyini və əsl niyyətini tam aydınlaşdırmaqla Rusiyanın Azərbaycan torpağındakı sülməramlı missiyasını tamamilə qapqara kölgə altında qoyur...